Masallıda dərzi sexi yanıb

Masallıda dərzi sexi yanıb
  • Masallı / Sosial

  • Masallı rayonunun Ərkivan qəsəbəsində Qiyas Əzizova məxsus dərzi sexində yanğın baş verib.

    Asiya.az
    Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində həyətyanı ərazidə ümumi sahəsi 42 kv.m olan birmərtəbəli tikilinin (dərzi sexi kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı tamamilə, içərisində 1 ədəd tikiş maşını və materiallar 16 kv.m sahədə yanıb.

    Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər