Masallı xəstəxanasının sabiq direktorunun məhkəməsi dayandırıldı

Masallı xəstəxanasının sabiq direktorunun məhkəməsi dayandırıldı
  • Masallı / Manşet / Sosial

  • “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Cəlil Nəzərovun məhkəmə istintaqı dayandırılıb. 

    Asiya.az xəbər verir ki, səbəb təqsirləndirilən Cəlil Nəzərovun səhhətinin pisləşməsidir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə istintaq artıq 3 aydır dayandırılıb. Cəlil Nəzərov xəstəliyi ilə bağlı bir müddət əvvəl azadlığa buraxılıb, hazırda müalicəsi davam edir.

    Qeyd edək ki, Cəlil Nəzərov barəsində məhkəmənin qərarı ilə həbs, köməkçisi Təranə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. İbtidai istintaq zamanı vurulmuş ziyanın təmin edilməsi məqsədilə Cəlil Nəzərova məxsus Masallı rayonu ərazisində yerləşən daşınmaz əmlakların üzərinə həbs qoyulub.
    PAYLAŞ:

    Oxşar xəbərlər