Masallıda qanunsuz kömür quyuları ləğv olunub

Masallıda qanunsuz kömür quyuları ləğv olunub
  • Masallı / Sosial

  • Masallı rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkarlanıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
    Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz kömür istehsal edən şəxslərin Masallı rayon sakinləri Telman Əliyev, Abid Abasquliyev, Asim Heydərov, Süleyman Süleymanov, İsrafil Abdullayev, Saməddin Feyzullayev, Yadigar Qurbanov, İxtiyar Səfərov olduğu müəyyən edilib.
    Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb, aşkar olunan kömür quyuları ləğv olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər