Masallı sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayacaq

Masallı sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayacaq
  • Masallı / Hadisə

  • Masallı sakinini qətlə yetirib avtomobilini qaçıran şəxsin cinayət işi üzrə istintaq tamamlanıb.

    Asiya.az
    xəbər verir ki, Ötən ilin 18 noyabr tarixində Masallı rayon sakini Etibar Məmmədov qətlə yetirilib. İbtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin Müşviq İskəndərov polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    Müşviq İskəndərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 185.1 (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə yekun ittiham elan edilib.
    Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    Qeyd edək ki, qətlə yetirilən Etibar Məmmədov taksi sürücüsü olub./Apa.az
    PAYLAŞ:

    Oxşar xəbərlər