Şəhid Tural Rəhimovun xatirəsinə həsr olunan bilik yarışmasının qalibləri bəlli oldu - Foto

Şəhid Tural Rəhimovun xatirəsinə həsr olunan bilik yarışmasının qalibləri bəlli oldu - Foto
  • Cəlilabad / Sosial

  • Bakı şəhərində Bakı Ali Neft Məktəbinin təşkilatçılığı, Uniser Edu-nun təşəbbüsü ilə Vətən müharibəsində şəhid olmuş Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunan biologiya fənni üzrə müsabiqənin qalibləri təltif edilib.

    Müsabiqədə Cəlilabad şəhər 8 nömrəli Məktəb-liseyin 8-ci sinif şagirdi Ayxan Sadıqlı 1-ci yerə, 7-ci sinif şagirdi Zeynəb Rzazadə isə 3-cü yerə layiq görülüb.

    Bildiririk ki, müsabiqədə respublika üzrə ümumilikdə 3000-dən artıq şagird iştirak edib.
    Layihənin rəhbəri Vəfa Rəhimovaya öz təşəkkürümüzü bildiririk.
    Məktəbimizin biologiya müəllimi Aytən Əliyeva xüsusi təşəkkür edirik.
    Şagirdlərimizi təbrik edir və gələcəkdə uğurlar arzulayırıq!
    Allah şəhidlərimizə rəhmət etsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər