Nurəddin Ədiloğlunun yeni kitabı işıq üzü gördü - "Ölməzlik haqqı"

Nurəddin Ədiloğlunun yeni kitabı işıq üzü gördü - "Ölməzlik haqqı"
  • Masallı / Manşet / Sosial

  •  Bu günlərdə “CBS- PP” nəşriyyatında yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Ölməzlik haqqı” adlı yeni kitabı işıq üzü görüb.

    Masallının tanınmış şəxsiyyətlərindən biri, adı müasirləri tərəfindən böyük ehtiramla çəkilən İltifat Ağaverdi oğlu Məmmədovun işıqlı xatirəsinə və 80 illik yubileyinə həsr olunmuş kitabın ideya müəllifi Günay MƏMMƏDOVA,  redaktoru Vidadi NƏZƏROV,  məsləhətçiləri Masallı Ziyalıllar Cəmiyyətinin sədri Qardaş FƏTULLAYEV və Masallı Dövlət Regional Kollecinin metodisti Baba HƏSƏNOVDUR. Nəfis tərtibatla çap olunmuş kitabın texniki redaktoru Cəsarət Qasımov, dizayneri İbrahim Qasımov, korrektoru Gülmirə Ramazanqızıdır. Onu da qeyd edək ki, oxucular bir çox tarixi roman, sənədli povest və dram əsərləri ilə yanaşı,  müəllifin  “Ruhani dünyası”, “Yarımçıq qalmış şikəstə” “Sarəng zirvəsi”, “Bizim ağamız”, “Sonuncu monoloq”,  “Cənub şikəstəsi”, “Mənim Bağdagül nənəm”, “Şəhidlik manifesti”, “Sözün müharibə rəngi” və başqa  bədii - publisistik  kitabları ilə tanışdır. “Ölməzlik haqqı” kitabında ötən əsrin 80-90 - cı illərində  Masallı rayon XDS İK-nın sədri, RPK-nın birinci katibi və Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş İltifat Məmmədovun mənalı həyat yolundan, ictimai - siyasi fəaliyətindən və yaradıcılığından bəhs edən yazılar, həmçinin, dostlarının, doğmalarının, onu sevənlərin  ürək sözləri, xatirərələri toplanıb. Müəllif öz yaradıcılıq ənənələrinə sadiq qalaraq qəhrəmanının obrazını oxucuların göz önündə canlandırmaq üçün essevarı düşüncələrdən, maraqlı fraqmentlərdən və bədii-sənədli ştrixlərdən istifadə etmişdir. Ümidvarıq ki, kitab gənc nəsil üçün də maraqlı bir həyat dərsliyi kimi əhəmiyyət kəsb edəcəkdir.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər