Masallıda həkim məntəqəsinin açılışı oldu - FOTO

Masallıda həkim məntəqəsinin açılışı oldu - FOTO
  • Masallı / Manşet / Sosial

  • Masallı rayon Bədələn kəndində həkim məntəqəsinin açılışı olub

    Asiya.az xəbər verir ki, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, həkimlər kənd ağsaqqalları, ziyalılar və tibb işçiləri iştirak ediblər.

    Rayon rəhbəri həkim məntəqəsinin əsaslı təmirdən sonra vəziyyəti ilə tanış olub, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu məntəqə barədə icra başçısı və qonaqlara məlumat verib.

    Həkim məntəqəsində görülən işləri yüksək qiymətləndirən rayon rəhbəri zəhməti olan hər kəsə dərin minnətdarlığını ifadə edib.

    Açılış mərasimində iştirak edən kənd sakinləri yaradılmış şəraitə görə Ölkə Başçısı Cənab İlham Əliyevə, mərasimdə iştirak etdiyinə görə rayon rəhbərinə, qonaqlara və məntəqənin təmir olunmasında dəstək olanlara təşəkkürlərini bildirdilər.




    PAYLAŞ:

    Oxşar xəbərlər