Cəlilabad şəhərində abadlıq işləri görülür

Cəlilabad şəhərində abadlıq işləri görülür
  • Cəlilabad

  • Havanın mülayim keçməsi şəhərdə görülən abadlıq işlərinə təkan verir.

    Asiya.az
    xəbər verir ki, ən bərbad küçələrin asfaltlanması fonunda əhalinin üz tutduğu istirahət parkı da yenidən bərpa olunub. Rayonda bir neçə il bundan əvvəl kanalizasiya sisteminin bərpa olunması ilə əlaqədar əksər mərkəzi küçələr qazıntı işləri nəticəsində bərbad vəziyyətə düşmüş, nəinki piyadaların, hətta nəqliyyatın da istifadəsi çətiləşmişdi.
    “Ümumi uzunluq hal-hazırdakı küçədə 670 metrdir. Paralel olaraq Fərid Əhmədov küçəsində və eyni zamanda 28 May küçəsində asfaltlaşdırma işləri başlayacaq. Gələcəkdəki niyyətimiz Cəlilabad şəhərindəki bütün asfaltlanmayan küçələrin asfatlaşdırılmasıdır. Bu yöndə də çalışmalarımız davam etməkdədir”, – deyə Cəlilabad RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sahil Qənbərli bildirib.//DünyaTV
    PAYLAŞ:

    Oxşar xəbərlər