Arıqlamaq istəyənlər bu meyvələrdən yesin

Arıqlamaq istəyənlər bu meyvələrdən yesin
  • Maraqlı

  • Sitrus meyvələri orqanizmi zəhərli maddələrdən təmizləyir, sellüliti yox edir, piyləri parçalayır.

    Asiya.az
    Axşam.az-a istinadən istinadən sitrus meyvələrindən ibarət pəhriz təqdim edir.

    Sitrus pəhrizi şəkər xəstələrinə və mədə xorasından əziyyət çəkənlərə qadağandır.

    I gün
    Səhər:
    25 qr. yağsız kolbasa və 2 dilim qara çörək, 200 ml. qreypfrut şirəsi, 30 dəqiqədən sonra acı çay.Nahar:
    Bitki yağı ilə qarışdırılmış tərəvəz salatı, 1 ədəd qreypfrut və şəkərsiz çay.
    Şam:
    Üzərinə limon şirəsi tökülmüş kahı.

    II gün
    Səhər:
    2 ədəd suda bişmiş yumurtanın sarısı, 1 stəkan təzə sıxılmış portağal şirəsi, 30 dəqiqədən sonra acı kofe.
    Nahar:
    150 qr. yağsız kəsmik, 50 qr. pendir, 1 ədəd portağal.
    Şam:
    Pomidor, xiyar, şirin bibər, limon şirəsi və bir az bitki yağından hazırlanan salat, 1 parça buxarda bişmiş balıq, 1 dilim qara çörək.

    III gün
    Səhər:
    Suda bişmiş yulaf, 2-3 ədəd kişmiş, 1 stəkan qreypfrut şirəsi.
    Nahar:
    Ət bulyonu, 200 qr. suxarı.
    Şam:
    2 ədəd buxarda bişmiş kabaçok,  soyutma toyuq filesi, 0,5 ədəd qreypfrut.

    IV gün
    Səhər:
    1 ədəd suda bişmiş yumurta, 1 stəkan pomidor şirəsi, 30 dəqiqə sonra qara çay.
    Nahar:
    Limon şirəsi və zeytun yağından hazırlanan kök salatı, 1 orta böyüklükdə qreypfrut.
    Şam:
    Suda bişmiş 200 qr. yaşıl tərəvəzlər, 2 ədəd kivi, zəncəfilli və limonlu çay.

    V gün
    Səhər:
    200 qr. meyvə salatı (üzüm, quru meyvə və banan olmaz), 2 xörək qaşığı yağsız yoqurt.
    Nahar:
    Suda bişmiş kartof, yaşıl tərəvəzlərdən salat.
    Şam:
    2 ədəd sobada bişmiş pomidor, 200 qr. suda bişmiş mal əti, 1 stəkan qreypfrut şirəsi.
    PAYLAŞ:

    Oxşar xəbərlər