
Asiya.az Sfera.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü 100 ordusu sıralamasında Azərbaycanın da adı var. Azərbaycan sıralamada 57-cidir.
Digər qonşularımızdan Gürcüstan 85-ci, İran 17-ci, Türkiyə 11-ci sıradadır. Dəniz sərhəddimiz olan Türkmənistan 82-ci, Qazaxıstan isə 63-cüdür.
Sıralamada ilk yerdə ABŞ qərarlaşıb. ABŞ-ni Rusiya, Çin, Hindistan və Böyük Britaniya izləyir.