Niyə iftar və sahurda xurma yeməliyik? - Mütəxəssis açıqladı

Niyə iftar və sahurda xurma yeməliyik? - Mütəxəssis açıqladı
  • Maraqlı

  • Türkiyəli mütəxəssis, dietoloq Betül Yurdakul xurmanın nizamlı və ölçülü yeyildiyi təqdirdə sağlamlığa bir çox faydası olduğunu ifadə edərək, xüsusilə Ramazan süfrələrində laqeyd edilməməsi lazım olan bu meyvə haqqında bilinməsi lazım olanları açıqlayıb.

    Ramazan ayında uzun müddət oruc tutmaq qan şəkərini aşağı sala bilər. Ancaq iftarda yeyiləcək 2 xurma ilə bu problemi tarazlaşdırmaq olar. Bu, enerjinizi bərpa edəcəkdir. Üstəlik, lifli bir quruluşa malik olan xurma iftarda çox yeməyin qarşısını alır. Gün ərzində itirilən vitamin və mineralları əvəz etmək üçün də praktik bir həlldir. Onu sahurda qəbul etmək toxluğunuzu uzadır. 

    Anemiya üçün mükəmməldir;
    Dəmir çatışmazlığından əziyyət çəkən insanlar üçün də faydalıdır. Tərkibindəki dəmir anemiya riskini minimuma endirir.

    Ana südünü artırır;
    Xurmanın tərkibindəki meyvə şəkəri olan fruktoza susuzluq hissini artırır və daha çox su içməyinizi təmin edir. Beləliklə, ana südünü artırır.

    Həzm problemlərinin qarşısını alır;
    Tərkibindəki lif həzm sisteminə də əhəmiyyətli faydalar verir və mümkün həzm problemlərinin qarşısını alır. Tərkibindəki melatonin həzm sistemi üçün də faydalıdır.

    İmmuniteti gücləndirir;
    Xurma həm də toxluq hissi, qida elementləri, vitamin və minerallar və əhəmiyyətli bir antioksidant baxımından qiymətli bir qidadır. A, B1, B2, C vitaminləri və flüorun zəngin mənbəyidir. Bu maddələrlə immunitet sistemini gücləndirir.

    Qaraciyər dostudur;
    Xurma tərkibindəki B qrupu vitaminləri ilə qaraciyər üçün də faydalıdır. Qaraciyəri gücləndirir, qaraciyərin yağlanmasının qarşısını alır və zəhərli maddələrin orqanizmdən çıxarılmasını asanlaşdırır.

    Xərçəng riskini azaldır;
    Daimi istehlak edilən xurma zəngin selenium və yüksək lif tərkibi ilə xərçəng riskini azaldır.

    Qan şəkərini balanslaşdırır;
    Gündəlik həyatımızda xurma yaxşı bir qəlyanaltı variantıdır. Qatıq və ya xurma boyda yağlı toxumlarla (çiy badam, qoz, fındıq və s.) birlikdə istehlak edildikdə qan şəkərinə balanslaşdırıcı təsir göstərir və toxluq hissi verir.

    Stressi aradan qaldırır;
    Xurmanın tərkibindəki B6 vitamini sinir sistemini və əzələləri gücləndirir. Tərkibindəki maqnezium həm də stressə qarşı profilaktik və stressi aradan qaldıran təsirə malikdir.

    Dərini təravətləndirir;
    Antioksidant və qidalandırıcı xüsusiyyətləri sayəsində dərini yeniləyir və ona sağlam görünüş bəxş edir.

    Ürəyi qoruyur;
    Xurma əla kalium mənbəyidir. Kalium ürək dərəcəsini və qan təzyiqini tənzimləməyə kömək edən hüceyrə və bədən mayelərinin mühüm tərkib hissəsidir. Müntəzəm olaraq istehlak edildikdə insult və ürək-damar xəstəliklərindən qoruyur.

    Sümük sağlamlığını dəstəkləyir;
    Xurma tərkibindəki kalsium və fosfatla ümumiyyətlə sümük sağlamlığına kömək edir. Sümük xəstəliklərindən də qoruyucu təsir göstərir.

    Bir anda 2-3 ədəddən çox istehlak edilməməlidir. Həkimin sözlərinə görə, Ramazanda iftarda 2 ədəd, sahurda 2 ədəd yemək kifayətdir. Buna görə də, xüsusilə insulin müqaviməti olan insanlar üçün porsiyaya nəzarət çox vacibdir. Daha yüksək miqdarda istehlak qan şəkərinin dəyişməsinə və daxili yağlanmaya səbəb ola bilər. Xüsusilə metabolik sindrom və ya diabet kimi qan şəkərində problem yaradan xəstəlikləri olanlar diqqətlə istifadə etməlidirlər.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər