Masallıda Aprel şəhidi Nurlan Əsgərli anıldı - FOTOLAR

Masallıda Aprel şəhidi Nurlan Əsgərli anıldı - FOTOLAR
  • Masallı / Sosial

  • Masallı rayonun Viləş kəndində 2016-cı il Aprel döyüşləri şəhidi Əsgərli Nurlan Bayram oğlunun anım mərasimi keçirilib.

    Asiya.az
    xəbər verir ki, anım mərasimində Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Masallı rayon İcra Hakimiyyətinin Başçısının müavini Adəm Məhərrəmov, Masallı rayon İcra Hakimiyyətinin Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazisi Rəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, şəhidin yaxınları, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak etmişlər.
                 
    Mərasimdə Şəhid Nurlan Əsgərlinin ailəsi xatirələrini bölüşmüş, rayon rəhbəri ailənin qayğıları ilə maraqlanmış, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə məruz qaldığını lakin ordumuzun əks-həmlə ilə təxribatların qarşısını Nurlan kimi qəhrəmanlarımızın qanı və canı bahasına aldığını bildirmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov şəhidin ailəsinə başsağılı vermiş, Xalqımızın şəhid adını daim uca tutduğunu və hər zaman qürurla andığını söyləmişdir.
               
    Mərasim iştirakçıları Şəhid Nurlan Əsgərlinin Viləş kəndində məzarını ziyarət edərək ruhuna dualar oxumuş və ehtiramlarını bildirmişlər.



    PAYLAŞ:

    Oxşar xəbərlər