Asiya.az lent.az-a istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Beyza Ersan bildirib ki, imsakda oyanıb yemək çox vacibdir.
"İftarda isə qızardılmış qidalardan uzaq durmaq çox vacibdir. Çox duzlu, ədviyyatlı və yağlı yeməklərə üstünlük verilməməlidir. Tərkibi zülalla zəngin olan qidaları istehlak etməyə çalışın. İftardan sonra suyu birdən yox, müəyyən aralıqlarda içə bilərsiniz".