“WhatsApp” dizaynını dəyişir - FOTO

“WhatsApp” dizaynını dəyişir - FOTO
  • Maraqlı

  • "WhatsApp” Android versiyasında əhəmiyyətli bir dəyişikliyi sınaqdan keçirməyə başlayıb.

    Asiya.az xəbər verir ki, mesajlaşma platforması illərdir eyni olan dizaynını dəyişəcək.

    Yeniliyə görə, Android istifadəçiləri iOS istifadəçiləri kimi yeni ana səhifə görünüşünə sahib olacaqlar.

    İstifadəçilər artıq yeni söhbətə və ya tətbiqin başqa hissəsinə keçmək üçün aşağıda yerləşdirilmiş menyulardan istifadə edə biləcəklər.

    Qeyd edək ki, yeni dizayn hazırda sınaq mərhələsindədir və onun istifadəçilərə nə zaman təqdim ediləcəyi hələ ki məlum deyil.
    Gülay
    PAYLAŞ:

    Oxşar xəbərlər