Prezident üç deputatı təltif etdi

Prezident üç deputatı təltif etdi
  • Araşdırma / Siyasət

  • Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov "Şərəf” ordeni ilə təltif edilib.

    Asiya.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə "Şərəf” ordeni ilə təltif edilsin.

    Qeyd edək ki, aprelin 10-da Ə.Həsənovun 75 yaşı tamam olub. Aprelin 12-də isə C.Paşazadənin 70 yaşı tamam olur.

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Asiya.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Qeyd edək ki, N.Aslanov üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər