“WhatsApp”dan yenilik - Eyni anda 4 telefonda istifadə etmək olacaq

“WhatsApp”dan yenilik - Eyni anda 4 telefonda istifadə etmək olacaq
  • Maraqlı

  • "WhatsApp” istifadəçilərə eyni anda 4 smartfona hesab əlaqələndirməyə imkan verəcək.

    Asiya.az xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp” istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyalar üzərində işləyir.

    Windows, Android və iOS platformalarında fasiləsiz testlər həyata keçirən "WhatsApp” indi istifadəçilərin çox sevəcəyi bir xüsusiyyəti sınaqdan keçirib.

    Yoxlanılan yeni funksiya "WhatsApp” hesabından eyni vaxtda 4 smartfonda istifadə etməyə imkan verir.

    İstifadəçilər "Qoşulmuş cihazlar” menyusundan "Cihaz əlavə et” seçiminə toxunmaqla digər telefonları asanlıqla əlavə edə biləcəklər.

    Hazırda bu funksiya yalnız "WhatsApp”ın beta versiyasında mövcuddur. Bu xüsusiyyətin stabil versiyaya nə vaxt gələcəyi hələ məlum deyil.

    PAYLAŞ:

    Oxşar xəbərlər