
Asiya.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə
Əmrah Kamal oğlu Mazanov Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
Ağadadaş Qənbər oğlu Qənbərov Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
Sinan Şöləddin oğlu Abbaslı Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və
Paşa Ramiz oğlu İbadov İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrinə təyin olunmuşlar.
Yeni təyin olunmuş kadrlara işlərində uğurlar arzulayırıq!