Masallıda Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir

Masallıda Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir
  • Masallı / Mədəniyyət

  • Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Masallı, Cəlilabad və Yardımlı rayonlarında Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verilib.

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi aprelin 19-da da davam edib.

    Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Masallı, Cəlilabad və Yardımlı rayonları üzrə ümumilikdə 7 məntəqədə keçirilən festivalın ikinci günündə üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə fortepiano, bədii qiraət, solo milli rəqs və solo müasir rəqs nominasiyalarında mübarizə aparılıb.

    Üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb.

    Qeyd edək ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.
    Final mərhələsi isə sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

    Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər