Asiya.az Diasporpress.az-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçu karyerasını İspaniyanın gənclərdən ibarət Deportivo Penas komandasında davam etdirəcək.
Həmyerlimiz artıq komandanın reallaşdırdığı ilk matçda 2 qol və növbəti matçda isə 3 qolla əla oyun nümayiş etdirib.
Azərbaycanlı futbolçunun vurduğu qollar alqışla qarşılanıb.
Qeyd edək ki, Dadaşov Raul Bəhruz oğlu 2006-cı ildə Sumqayıt şəhərində anadan olub. O,
Sumqayıt şəhər 1 saylı orta məktəbi bitirib.
Hələ uşaq yaşlarından futbola böyük marağı olan R.Dadaşov Sumqayıt City və Qarabag Sumqayıt FK-da oynayıb.
O, tanınmış məşqçi Kənan Kərimovun yetirməsidir.