“Yeyənkənd” sənədli filminin təqdimatı oldu – FİLM/FOTO

“Yeyənkənd” sənədli filminin təqdimatı oldu – FİLM/FOTO
  • Masallı / Araşdırma / Mədəniyyət

  • Masallı rayonu Abasbəyli kəndində “Yeyənkənd” sənədli filminin təqdimatı keçirildi.

    Asiya.az 
    xəbər verir ki, "Masal prodakşn"ın istehsalı olan ekran əsəri Masallı rayonu Yeyənkənd kənd İnzibati Ərazi Dairəsinə daxil olan Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndlərindən bəhs edir.


    Filmin premyerasında ziyalılar, ağsaqqallar, media nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Tədbirin aparıcısı Rahidə Eyvazova qonaqları salamladıqdan sonra, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

    Çıxış üçün ilk söz “Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərova verildi. Baş direktor bildirdi ki, sənədli filmdə Masallı rayonunun dilbər guşələrindən olan Yeyənkənd kənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin tarixi, bu günü, tanınmış şəxsiyyətlərindən söz açılır. “Sənədli filmin hazırlanmasında əsas məqsədlərindən biri Masallı rayonunu, onun kəndlərini, təbiətini, mədəniyyətini və şəxsiyyətlərini təbliğ etməkdir” – deyə C. Cəfərov bildirdi.

    Sonra filmə baxış oldu.

    Nümayişdən sonra çıxış edən kənd sakinləri filmin ərsəyə gəlməsində “Masal prodakşn” kollektivinə öz minnətdarlıqlarını bildirdilər.

    Qeyd edək ki, “Yeyənkənd” sənədli filminin İdeya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Dron sürücü Eldəniz Cəbiyev, Diktor Gültəkin Cəfərova, Prodüser Samir Şükürovdur.

     












    PAYLAŞ:

    Oxşar xəbərlər