Dünyanın ən çox kitab oxuyan ölkələri – SİYAHI

Dünyanın ən çox kitab oxuyan ölkələri – SİYAHI
  • Maraqlı

  • Dünyada ən çox kitab oxuyan ölkələr açıqlanıb.

    Asiya.az xəbər verir ki, Böyük Britaniyada yerləşən "NOP World Culture Score Index”in tərtib etdiyi məlumatlara görə, dünyada ən çox kitab oxunan ölkə Hindistan, müvafiq olaraq Tayland və Çindir. 

    İndeks vətəndaşların həftədə kitab oxumağa sərf etdiyi orta vaxta əsaslanır. Çap kitabları ilə yanaşı, qəzetlər, jurnallar və onlayn yazılı məzmun kimi oxuna bilən hər cür material da reytinqə daxildir.

    Dünyanın ən çox kitaba sahib ölkəsi olaraq siyahının başında olan Hindistanda hər bir insan həftədə orta hesabla 10 saat 42 dəqiqə kitab oxuyur.

    İkinci yerdə olan Taylandda adambaşına həftədə orta kitab oxuma vaxtı 9 saat 24 dəqiqə olduğu halda, üçüncü yerdə olan Çində insanlar buna həftədə 8 saat ayırır.

    Siyahıda ən çox kitab oxunan digər ölkələr Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə) olub, Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) yer alıb.

    Türkiyə həftədə ortalama 5 saat 54 dəqiqə oxuma vaxtı ilə siyahıda 18-ci yerdədir.

    Qeyd edək ki, Azərbaycan bu reytinqə ümumiyyətlə yaxın düşə bilmir.
    Ayşən
    PAYLAŞ:

    Oxşar xəbərlər