Masallı idmançıları idmanın MMA versiyası üzrə uğura imza atdılar - FOTOLAR

Masallı idmançıları idmanın MMA versiyası üzrə uğura imza atdılar - FOTOLAR
  • Masallı / İdman

  • Yeniyetmələr arasında qaydasız döyüş (MMA versiyası) üzrə “Heydər Əliyev kuboku” adlı respublika turniri keçirilib.

    Asiya.az
    xəbər verir ki, “Azərbaycan Vale-tudo idman klubu” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən turnir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

    Turnirdə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın şəhər və rayonlarından 350-ə yaxın idmançı qüvvəsini sınayıb.

    İki gün (6-7 may) davam edən yarışlarda “Masallı Fiqth Klubu”nun yetirmələri uğurlu nəticələr əldə ediblər. 

    Belə ki, Mirhüseyn Bağırov (39 kq), Nihad Cəfərov (29 kq) birinci yerə layiq görülərək kubokla, Ağaverdi Ömər (26 kq) birinci, Yusif Kərimli (37 kq), Ümid Mənsimov (38 kq), Sübhan Hüseynli (27 kq) isə ikinci yerə sahib olaraq müvafiq dərəcəli medal və diplomlarla mükafatlanıblar.   

    Eyni zamanda Masallı rayonu Ərkivan qəsəbə sakini Rəmzi Böyükağa oğlu Bağırov “Masallı Fiqth Klubu”nun (M.F.C MMA) rəhbəri təyin edilib. Ona 1-ci Dan qara kəmər dərəcəsi, MMA və Vale-tudo idman növləri üzrə məşqçi-müəllim sertifikatı verilib.







    PAYLAŞ:

    Oxşar xəbərlər