Masallıda Tennis Mərkəzinin açılışı oldu – VİDEO/FOTOLAR

Masallıda Tennis Mərkəzinin açılışı oldu – VİDEO/FOTOLAR
  • Masallı / İdman / Manşet

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi münasibətilə Stolüstü Tennis Federasiyası Masallı Filialının açılış mərasimi olub.

     

    Asiya.az xəbər verir ki, İdman mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü, millət vəkili Məşhur Məmmədovun maliyyə dəstəyi ilə inşa edilib. 

    Açılış mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə, Musa Qasımlı, stolüstü tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Əlimusa Mirzəyev, Bakı İdman Akademiyasının tələbəsi, əslən Masallı rayonunun Qızılağac kəndinən olan Yasəmən Məcidli və başqaları çıxış ediblər.

    Sonda tədbir iştirakçıları binada yaradılmış şəraitlə tanış olub, idmançıların məşq prosesini izləyiblər.
















    PAYLAŞ:

    Oxşar xəbərlər