Bakıda Beynəlxalq Qalereyanın ofisinin açılışı olub - FOTOLAR

Bakıda Beynəlxalq Qalereyanın ofisinin açılışı olub - FOTOLAR
  • Mədəniyyət

  • 7 May 2023-cü il BMT-nin layihəsi əsasında qazanılmış Beynəlxalq Qalereyanın ofisinin açılış mərasimi olub.

    Asiya.az
    xəbər verir ki, layihə rəhbərləri Elnurə İsgəndərova və Aygün Əzizova öz çıxışlarında gələn qonaqları salamlayıb, Beynəlxalq Qalereyanın açılmasının məqsədlərindən gənclərin, uşaqların  azərbaycançılıq ideologiyasında , vətənpərvərlik ruhunda yetişməsində, müxtəlif ölkələrlə beynəlxalq əlaqələrin inkişafında oynayacağı roldan bəhs etdilər. 
     
    Sonra sözü Mədəniyyət Nazirliyinin əməkdaşı Zöhrə Əliyevaya verdi. Zöhrə xanım çıxışında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Azərbaycanda Beynəlxalq Qalereyanın ofisinin açılışının  mədəniyyətimizə uğurlu töhfə olduğunu bildirdi. Layihə rəhbərlərini təbrik edib uğurlar arzuladı. 
    İştirak edən qonaqlardan Ağdam rayon Heydər Əliyev  Mərkəzinin direktoru Namiq Həsənov,  General Polad Həşimovun qardaşı İlham Həşimov, müxtəlif ölkələrin  Azərbaycandakı Fövqəladə və Səlahiyətli Səfirliklərinin  Nümayəndələri,  Əməkdar jurnalist Nadir Azəri ,E Mediyanın rəhbəri Elşən Əliyev, jurnalist Dünyaxanım Əliyeva da öz təbriklərini, xoş sözlərini bildirdilər. Açılışda eyni zamanda müxtəlif ali məktəblərin rəssam, müəllim və tələbə kollektivi  iştirak edirdi.
    Müxbir : Aygün Oqtay 
    Fotoqraf : Mahir Əhmədov




























    PAYLAŞ:

    Oxşar xəbərlər