Masallıda şəhid Anar Novruzovun xatirəsinə həsr olunan “Tir atıcılığı” üzrə turnir keçirilib

Masallıda şəhid Anar Novruzovun xatirəsinə həsr olunan “Tir atıcılığı” üzrə turnir keçirilib
  • Masallı / İdman

  • Masallı rayon Gənclər və İdman idarəsinin, “Masallı Gənclər Evi” sosial xidmət müəsissəsinin və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhid mayor Novruzov Anar Gülverdi oğlunun xatirəsinə həsr olunan Masallı rayon tam orta ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Tir atıcılığı” üzrə rayon turnirinə yekun vurulub.

    Asiya.az xəbər verir ki, tədbirdə əvvəlcə Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
           
    Tədbirin bağlanış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin  direktoru  Fuad Mənsimov, şəhid mayor Anar Novruzovun qardaşı Sucəddin Novruzov, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və “Masal prodakşın”-ın baş direktoru Cəfər Cəfərov tədbirdə çıxış edərək  şəhid mayor Anar Novruzovun keçdiyi şərəfli döyüş yolundan və keçimiş xatirələrindən danışaraq yarışda qalib gəlmiş iştrakçıları təbrik etmiş və onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
       
    Qeyd edək ki, turnirdə qalib gəlmiş şagirdlər 12 may 2023-cü il tarixdə Anar Növruzovun doğum günündə təşkil ediləcək anım tədbirində mükafatlandırılacaq.







    PAYLAŞ:

    Oxşar xəbərlər