“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu

“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu
  • İdman / Manşet

  • "Qarabağ” Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qalibi olub.
    Ağdam klubu çempionluğu XXXIV turda səfərdə "Səbail”i məğlub etməklə rəsmiləşdirib.
    3:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası xallarını 87-yə çatdırıb. "Atlılar” ən yaxın izləyicisi "Sabah”ı üç xal üstələyir. "Sabah” qalan üç oyunda qələbə qazansa belə, Ağdam klubuna çatması mümkün olmayacaq.
    Bu, "Qarabağ”ın 10-cu çempionluğu olub. Komanda 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində də qalib adını qazanıb. Klub bu göstəricidə 9 dəfə çempion olan "Neftçi”ni geridə qoyub.
    PAYLAŞ:

    Oxşar xəbərlər