Daşkəsənə qar yağdı - VİDEO/FOTO

Daşkəsənə qar yağdı - VİDEO/FOTO
  • Manşet / Sosial

  • Daşkəsən rayonunda güclü küləkdən, intensiv dolu yağışlarından və sel-sullarının yaratdığı təbii fəlakətdən sonra mayın 14-dən axşam saatlarından başlayaraq rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.

    Bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

    Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.
    Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb. 

    Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.














    PAYLAŞ:

    Oxşar xəbərlər