Masallıda "Əsrə bərabər ömür" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub - FOTOLAR

Masallıda "Əsrə bərabər ömür" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Masallı rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan "Əsrə bərabər ömür" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

    Asiya.az
    xəbər verir ki, kompozisiya Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında Masallı Dövlət Regional Kollecinin və YAP Masallı rayon Təşkilatının birgə əməkdaşlığı ilə baş tutub.

    Tədbir öncəsi tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış olub.

    Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutu ilə başlayıb. 

    Tələbələrin ifasında Ulu Öndərə həsr olunan şeirlərdən ibarət kompozisiya və "Vaqif" dramından bir parça təqdim olunub.

    Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Nurəddin Mehdixanlı iştirak edib.

    Tədbirin sonunda Nurəddin Mehdixanlı çıxış edərək Müstəqil Azərbaycan dövlətinin memarı,qurucusu Ümummilli Lider Heydər Əliyev məktəbindən, xalq üçün yaşadığı ömür payından, dövlətə, dövlətçiliyə, milli mənliyimizə söykənən soy kökümüzdən, qələbəmizdən, qələbəmizi bizə bəxş edən vətən oğulların şücaətlərindən danışıb.

    Sonda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək rayonumuzda qonaq olan Nurəddin Mehdixanlını salamlayıb, səsi və istedadı ilə daima seçilən Nurəddin müəllimin Masallıya gəlişinin böyük sevinc gətirdiyini dilə gətirib.






    PAYLAŞ:

    Oxşar xəbərlər