Masallının icra başçısının müavini işdən azad olunub?

Masallının icra başçısının müavini işdən azad olunub?
  • Masallı / Manşet / Siyasət

  • Bu gün sosial şəbəkələrdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tutduğu vəzifədən azad olunduğu barədə məlumat yayımlanıb.

    Asiya.az
    -ın əməkdaşı yayılan xəbərə münasibət bildirməsi üçün xanım müavinlə bir neçə dəfə telefon əlaqəsi yaratmağa çalışsa da Aybəniz xanım zənglərə cavab verməyib.

    İcra Hakimiyyətindən Asiya.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Aybəniz Qafarova işdən azad olması üçün bu gün ərizə ilə müraciət edib.
    Lakin Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov hələki xanım müavininin işdən azad olunması barədə müvafiq sərəncam imzalamayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər