Masallıda “Muzeylər dayanıqlılıq və rifahdır” adlı tədbir keçirildi - FOTOLAR

Masallıda “Muzeylər dayanıqlılıq və rifahdır” adlı tədbir keçirildi - FOTOLAR
  • Masallı / Mədəniyyət

  • Masallı Tarix-Diyarşünaslıq Muzeyində 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər dayanıqlılıq və rifahdır” adlı bayram tədbiri keçirilib.

    Asiya.az
    xəbər verir ki, tədbirdə ziyalılar, mədəniyyət işçiləri, müəllim və şagirdlər iştirak ediblər.

    Tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin direktoru Əntiqə Tağıyeva Beynəlxalq və respublika muzeyləri haqqında geniş danışdı.

    Sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti, muzeylərin mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisə, hər xalqın milli mənəvi dəyərlərini və adət ənənələrini özündə əks etdirən ən zəngin sərvət olduğunu bildirdi.

    Digər çıxış edənlər 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə təbriklər söylədilər.

    Tədbirin bədii hissəsində Şəhər 2 saylı , Bədəlan, Qızılavar kənd tam orta  məktəbin, Masallı Uşaq-Gənclər İnkişaf Mərkəzin dərnək üzvlərinin ifasında  şerlər, rəqslər və səhnəciklər ifa edildi. 

    Daha sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində rayon ümumtəhsil məktəbləri arasında  keçirilən Dekorativ tətbiqi sənət növü üzrə ”Yaradıcı  əllər” müsabiqəsi iştirakçıları “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə mükafatlandırıldı.
    Tədbirin yekununda iştirakçılar muzeydə ”Yaradıcı əllər” müsabiqəsinə təqdim olunan  məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olaraq muzeyə ekskursiya etdilər.


















    PAYLAŞ:

    Oxşar xəbərlər