Lənkəranda 7 kəndi birləşdirən yolun bir hissəsi çökdü

Lənkəranda 7 kəndi birləşdirən yolun bir hissəsi çökdü
  • Lənkəran / Manşet / Sosial

  • Lənkəranda 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun hərəkət zolağında sürüşmə baş verib.

    Asiya.az
    xəbər verir ki, buna səbəb son günlər yağan güclü yağışlardır.

    Sürüşmə qeydə alınan yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaranıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyünün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb.

    Bildirilir ki, aidiyyatı qurumalar problemi aradan qaldırmaq istiqamətində işlərə başlayıblar.

    Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər