Gülşən xanım çıxışında öncə sərgini yüksək səviyyədə təşkil edən layihə rəhbəri Elnurə İsgəndərovaya və təşkilatçı Aygün Əzizovaya təşəkkür edib, sərgiyə gələn qonaqları salamladı. Sənətkar təbiətdən ilhamlanıb yaratdığı əsərlərin texnikasından danışdı. Qarşıda olacaq sərgilər üçün yeni ideyalarının artıq reallaşacağını bildirdi.
Çıxış edənlərdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsininin şöbə müdiri Səbinə Məmmədova, Səbail MKS-nin direktoru Nərmin Xəlilova, Cəfər Cabbarlı adına ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, M.F.Axundov adına kitabxananın şöbə müdiri Gülər Hüseynova, Səbail MKS-nin 6 saylı filialının müdiri Vəfa Şirəliyeva, Səbail MKS-nin 3 sayli filialının müdiri Arzu Xudayarova, Nərimanov MKS-nin direktoru Vəfa Yusifova, Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki təmsilçiliyinin Təhsil və Mədəniyyət müşaviri Tevfik Ulual Gülşən xanıma sərgilərin davamlı olmasını arzuladılar, uğurlar dilədilər.
Sərgidə həmçinin Səbail MKS-nin 1 saylı filialının əməkdaşları, şöbə müdirləri istirak edirdilər.
Sonra Gülşən xanım qonaqları fərdi yaradıcılıq sərgisinin xüsusi hazırlanmış "Qızıl Güllər" tortunu dadmağa dəvət etdi.
Beynəlxq Qalereya adından ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu.
Sərgidə müsabiqələr laureatı, məhşur saksafon ifaçısı Emin Kazımzadənin musiqi töfhəsi izləyicilər tərəfindən rəğbətlə qarşılandı.
Sərgiyə baxmaq üçün gələn qonaqlar əsərlərdən zövq aldıqlarını, sanki sirli bir aləmə düşdüklərini söylədilər.
Müxbir : Aygün Oqtay
Fotoqraf: Mahir Əhmədov