Masallıda 38 km-lik yola asfalt döşənir – FOTO

Masallıda 38 km-lik yola asfalt döşənir – FOTO
  • Masallı / Manşet / Sosial

  • Masallı rayonunda avtomobil yollarının asfaltlanması işləri davam etdirilir.

    Asiya.az
    xəbər veirr ki, bu yollardan biri də Mollahəsənli, Ləngan, Əhmədli, Təklə, Köçəkli, Bala Təklə, Şərəfə, Öncəqala, Hüseynhacılı, Viləş, Xallıcallı, Dəlləkli və Qədirli kəndlərindən keçən əsas yoldur. 

    38 km-lik yolun əsas hissəsi təmir olunub, hazırda yolda təmir və asfaltlanma işləri davam etdirilir. 

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yolda gedən təmir işləri ilə yaxından tanış olmaq məqsədilə ərazidə olub.

    46 saylı Cəlilabad Yol İstismarı İdarəsinin rəisi Xudayar Rəhimov və 47 saylı Masallı Yol İstismarı İdarəsinin rəisi Mirmahmud Bağırov görülən işlər barəsində icra başçısına məlumat verdilər.

    Asfaltlanma işləri aparılan ərazilərin sakinləri yolların asfalt olunduğu üçün ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və bu işdə əməyi keçən hər bir şəxsə öz dərin minnətdarlıqlarını bildirdilər.







    PAYLAŞ:

    Oxşar xəbərlər