"Masallı Təhsil Fondu"-ndan 28 May Respublika günü təbriki

"Masallı Təhsil Fondu"-ndan 28 May Respublika günü təbriki
  • Cəmiyyət

  • 28 May Respublika günü münasibəti ilə "Masallı Təhsil Fondu" və onun əməkdaşları bütün xalqımızı ürəkdən təbrik edir, ölkəmizə sabitlik, əminamanlıq arzulayır.

    44 günlük Böyük Vətən Müharibəsində və I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmət və qazilərimizə can sağlığı arzu edirik. 

    Ölkəmizin müdrük rəhbəri, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə şanlı,qəhrəman ordumuzun rəşadətli qələbəsi xalqımızın zəfər tarixinə yazılmış bir gün kimi həmişə yaddaşlarda qalacaqdır.
    Hazırda ölkəmiz dinamik inkişaf yolundadır. Bütün sahələrdə əsaslı islahatlar həyata keçirilir. İşğaldan azad olunmuş bölgələrdə quruculuq işləri aparılır. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, digər tərəfdən isə müasir dünyada gedən qloballaşma, rəqabət və inteqrasiya prosesləri Respublikamızın bütün sahələri üzrə yüksək ixtisaslı, dünya əmək bazarında layiqli yer tutan mütəxəssislərin hazırlanmasına tələbat artır. Bütün bunları nəzərə alaraq ölkəmizin rəhbəri cənab İlham Əliyev təhsil sahəsinin inkişafına böyük önəm verir və bildirir ki,mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır.

    Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə yardımı ilə yaradılan "Masallı Təhsil Fondu" qızların təhsilini davam etdirmələri üçün böyük maddi və mənəvi dəstəkdir. Millət Vəkili Məşhur Məmmədovun təşkilatçılığı ilə "Masallı Təhsil Fondu" üç illik fəaliyyəti nəticəsində Masallı şəhər 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərində təhsil alan XI sinifdə oxuyan qızlara kömək məqsədi ilə 2019-2020-ci tədris ilində 297, 2020-2021-ci tədris ilində 280, 2021-2022-ci tədris ilində 300 nəfərə ali məktəblərdə hazırlıq məqsədi ilə komplekt kitablar hədiyyə edilmişdir.
    Qızların təhsilinə göstərilən maraq hesabına azyaşlı qızların erkən nigaha girməsinin qarşısı alınmışdır. "Masallı Təhsil Fondu" 28 May Respublika gününü böyük ruh yüksəkliyi ilə qeyd edir.
    Masallı rayonunda qızların təhsilinə böyük qayğı göstərən Millət Vəkili Məşhur Məmmədov 160 nəfər Dövlət Pedaqoji Universitetlərində təhsil alan qız tələbələri daim diqqət mərkəzində saxlayır.
    Hazırda Respublikanın müxtəlif ali məktəblərində təhsil alan qızlar:

    1) Lənkəran Dövlət Universiteti - 49 nəfər
    2)Azərbaycan Dövlət Pedaqoji Universiteti - 37 nəfər
    3)Bakı Slavyan Universiteti - 15 nəfər
    4)Sumqayıt Dövlət Universiteti - 10 nəfər
    5)Bakı Dövlət Universiteti - 15 nəfər
    6)Azərbaycan Dillər Universiteti - 7 nəfər

    "Masallı Təhsil Fondu" və onun əməkdaşlarının köməyi ilə Masallı şəhər 70-saylı seçki dairəsinə daxil olan rayon ümumtəhsil məktəblərində təhsil almış aztəminatlı ailələrin qız övladlarının ali məktəblərin yuxarı kurslarında oxuyan tələbələrinədə köməklik göstərilmişdir.

    "Masallı Təhsil Fondu" ümüd edirki müəllim arzusunda olan qızların Təhsil Fondunun köməyindən istifadə etməklə onlar gələcəkdə öz xoşbəxtliklərini tapmış olacaqlar.

    "Masallı Təhsil Fondu" 28 May Respublika günü münasibəti ilə bir daha bütün xalqımızı, xeyirxah insanları ali məktəblərdə təhsil alan tələbələrimizi ürəkdən təbrik edir.
    Ulu Tanrı bütün ölkəmizi qorusun.

    "Masallı Təhsil Fondu"nun direktoru:Hüseyn Hüseynov
    "Masallı Təhsil Fondu"nun əməkdaşı:Rəmzi Şahverdiyev
    PAYLAŞ:

    Oxşar xəbərlər