Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq
  • Sosial

  • Mayın 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var.

    Bu barədə Asiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
    Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər