"Bir Millət, İki Dövlət" və "Hisslərin Fantazmaqoniyası" adlı yaradıcılıq sərgiləri keçirildi - FOTOLAR

"Bir Millət, İki Dövlət" və "Hisslərin Fantazmaqoniyası" adlı yaradıcılıq sərgiləri keçirildi - FOTOLAR
  • Mədəniyyət

  • 27 May Beynəlxalq Qalereyada layihə rəhbəri Elnurə İsgəndərovanın, təşkilatçısı Aygün Əzizovanın olduğu Türkiyədən olan  məhşur rəssamlar  Ahmet Naim Pir, xanımı foto rəssam Mehriban Zeynalovanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Bir Millət, İki Dövlət" adlı və gənc rəssam Nigar Babayevanın "Hisslərin Fantazmaqoniyası" adlı ilk fərdi yaradıcılıq sərgiləri keçirildi.
     
    Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova gələn qonaqları salamlayıb, fərdi yaradıcılıq sərgisi olan məşhur rəssamların əsərlərinin düşündürücü və qeyri-adi texnikada işləndiyini,  çox unikal olduqlarını bildirdi. 
     
    Sərgidə ümumi 44  əsər - Ahmet Naim Pirin dekorativ-tətbiqi sənətin dekupaj növündə hazırlanmış əsərləri, Nigar Babayevanın  mifik mövzuda çəkilmiş qrafik əsərləri və Mehriban xanımın təbiət mövzusunda fotoları   sərgilənirdi. Əsərlər bir-birindən maraqlı olduğu üçün izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Sərgidə Ahmet Naim Pirin 3 möhtəşəm bəstəsinin - Azərbaycanım,  Şuşa Zəfəri Valsı , Mehribanım musiqiləri  və "Könüldən dostlara" adlı şeir kitabının da təqdimatı oldu. Sərgidə iştirak edən Xalq rəssamı, professor Arif Hüseynov, Xalq artisti  Eldost Bayram, xalçaçı rəssam Minarə Bayram çıxışlarında müəlliflərə əsərlərin bir-birindən möhtəşəm olduqlarını bildirdilər. Sənətdə uğurları arzuladılar. 
    Qonaqlar fərdi yaradıcılıq sərgisinə  özəl hazırlanmış rəssam tortunun dadına baxdılar. Rəssamlar diplomlarla təltif olundular.  Sonda xatirə fotoları çəkildi.
    Müxbir: Aygün Oqtay
    Fotoqraf: Ramin Qurbanov


























    PAYLAŞ:

    Oxşar xəbərlər