Bu barədə jurnalistlərə Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscid İşləri üzrə Baş rəyasət heyətinin sədri Əbdülrəhman əl-Sudais məlumat verib.
Rəsmi qurumların açıqlamasından sonra Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə Həcc ziyarətinin iyunun 26-da başlanması gözlənilir. Əl-Sudaisin məlumatına görə, Məkkədəki Məscidül-Həram və Mədinədəki Peyğəmbər məscidində ümumilikdə 300 min nüsxə Quran paylanacaq. Tərcümə xidmətləri və bələdçilər dünyanın hər yerindən gələn milyonlarla insanı əhatə etmək üçün 51 dildə yayımlanan saytlarda xidmət göstərəcəklər. Bununla yanaşı, Həcc ziyarəti zamanı Quran tilavəti və hifzi seminarları da təşkil olunacaq.
Həcc ziyarətinin təşkilatçıları İki Müqəddəs məsciddə 40 milyon litr Zəmzəm suyunu paylamaq üçün 30 mindən çox məntəqə yaradıb və hər gün zəvvarlara ən azı iki milyon şüşə təqdim ediləcək.
Saytlardakı mobil proqramlar və robotlar da daxil olmaqla, zəvvarların ümumi təcrübəsini artırmaq məqsədilə rəqəmsal texnologiyadan istifadə ediləcək.