"Bunun adı, TERROR" - Suraxanı Rayon İcra Hakimiyyəti hara baxır?

"Bunun adı, TERROR" - Suraxanı Rayon İcra Hakimiyyəti hara baxır?
  • Araşdırma / Sosial

  • Yaşadığımız  dünya, Qlobal problemləri, təbii fəlakətləri, yolxucu xəstəlikləri, müharibələri və.s ilə yetərincə insana və insanlığa zərbə vurur. Əslinə qalarsa elə o zərbəni və ya sadaladığımız nə kimi fəlakət və dəhşətlər yaşamırsa, bunda birbaşa insanın özü günahkardır. 
    Bəlkə də  fərqinə varmırıq və ya fərqinə varıb, biganə qalırıq.
    Lakin Hövsan qəsəbəsində yaşayan Camal İsmayılov irəlidə yaşanacaq insanlıq faciəsinə və insanı cinayətə etinasız qalmadı. 

    Halalı qurşağına haram etmiş bəzi insanlar,  irəlidə sərmayə qazanmaq, haram yolla, ən başlıcası isə insan həyatını qumara qoymaqla varlanmaq adına, yaşayış binasının zirzəmisində dayaq sütunları sındırırlar. Məqsədləri yəqin ki, irəlidə binanın zirzəmisində avtodayanacaq məqsədilə sakinlərə və ya kimlərəsə kirayə verib sərmayə qazanacaq. Nə olsun ki, Suraxanı rayon Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, buna 24 ünvanında yaşayan 5 mərtəbəli binanın sakinlərinin həyatı təhlükəyə girir?

    Faciəli hal yalnız bununla bitmir. Əlbətdə ki, qeyd etdiyimiz ünvanda yerləşən bina illərə meydan oxuyub. Sağlam dayaqları sayəsində bu günə qədər seysmik ərazi olan Hövsan qəsəbəsinin təbiət şıltaqlıqlarına sinə gərib. Bəs dayaqsiz halı ilə buna gücü yetəcəkmi? Görünür bu sual  yalnız binanın zirzəmisini dağıdan "isbazlari" deyil, hec  Suraxanı rayon İcra Başçısının da vecinə deyil. Bəlkə də marağındadır. Əks təqdirdə bunca sakinin yaşadığı binanın zirzəmisinin sütunlarını sındırıb, binanı qəzalı vəziyyətə salınmasına göz yummazdı. 

    Biz vətəndaş hüquqlarını və vətəndaşlıq borcunu gözəl anlayan Cəmil İsayevə "əhsən" deyirik. Cəmilin bizim redaksiyamıza muraciəti, yalnız öz maraqlarına xidmət etmir. Onun etirazı irəlidə Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi buna 24 ünvanında yaşayan sakinlərə hazırlanan "TERROR" aksiyasına cəsarətlə etirazdır. 
    Doğrudur, o təkbaşına səsini yüksəltdi və ünvan bizi seçdi. Biz isə Cəmilin haqlı tələbini ölkə rəhbərinə və aidiyyatı orqanlara çatdırmağa çalışacağıq.
    Tərifə Maqsudova.
    PAYLAŞ:

    Oxşar xəbərlər