Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir - FOTO

Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir - FOTO
  • Araşdırma / Siyasət

  • 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

    Asiya.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.

    Daha sonra hərbçilərin yürüşü başlayıb.

    Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi istiqamətində hərəkət edir.

    Yürüşün digər marşrutu Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəlidir.
    Başqa bir hərbçi qrupu isə Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı marşrutu ilə yürüş edir.

    Yürüşün daha bir marşrutu isə "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti istiqamətidir.

    Yürüşdə "Şəhidlər ölməz, Vətən bölünməz”, "Qarabağ Azərbaycandır!” və başqa şüarlar səsləndirilir.










    PAYLAŞ:

    Oxşar xəbərlər