AzTV-nin əməkdaşını öldürən tanınmış şəxs kimdir?

AzTV-nin əməkdaşını öldürən tanınmış şəxs kimdir?
  • Olay / Hadisə

  • “AZTV”nin əməkdaşı Lamiyə Quliyevanı idarə etdiyi maşınla vurub öldürən Xamis Ağcayev özü də tanınmış şəxsdir.

    Asiya.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, qəzanı törədən X.Ağcayev “SOY” prodakşnın rejissor köməkçisidir. O, bundan öncə də müğənni Sevda Yəhyayeva və Rahidə Baxışovanın prodüseri olub.

    “SOY” prodaşknin rəhbəri Oqtay Əliyev açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, X.Ağcayev dünən elə hadisə yerindəcə polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

    Hadisə dünən axşam saatlarında Parlament prospektində baş verib. İşdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər