Tehranın cənubunda bir nəfərin atdığı sulfat turşusu nəticəsində 16 nəfər yaralanıb.
Asiya.az xəbər verir ki, bu haqda İranın “Tasnim” agentliyi məlumat yayıb.
İnformasiyaya əsasən, turşu atan şübhəli şəxs saxlanılıb. Rəsmi açıqlamaya əsasən, bu insident terror hadisəsi deyil.