Asiya.az xəbər verir ki, sərəncamla doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Xatırladaq ki, Həziyevlər ordumuz Lələ təpəni azad edənə qədər olan müddətdə - 23 il boyunca burada düşmənlə üz-üzə yaşayan yeganə ailə idi.