Yeməkdən sonra qarın şişkinliyi azaldan 6 faydalı qida

Yeməkdən sonra qarın şişkinliyi azaldan 6 faydalı qida
  • Maraqlı / Araşdırma

  • Yeməkdən dərhal sonra yaranmış mədə şişkinliyindən dolayı oturmaqda və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, bunu bir neçə sadə üsulla aradan qaldırmaq olar.

    Təbii ki, ilk növbədə az və yavaş-yavaş yeməyə diqqət etməlisiniz. Sağlam qidalanma mütəxəssisləri yediklərinizi yaxşıca çeynədikdən sonra udmağı, lifli qidalarla birlikdə meyvə suları istifadə etməməyi məsləhət görür.

    Asiya.Az bu yazıda oxucuları yeməkdən sonra yaranmış qarın köpünü azaltmağa kömək edən 6 faydalı məhsul və onların xüsusiyyətləri ilə tanış edib.

    Qəhvə

    Qəhvə həzm pozğunluğuna müsbət təsir edir. Qarın şişkinliyinin və həzm pozulmasının qarşısını almaq üçün ilk növbədə az və yavaş yemək tövsiyə edilir. Amma bu qaydaya əməl etməmisinizsə, onda probelmi qəhvənin yardımı ilə aradam qaldrmaq mümkündür. Bunun üçün yeməyi bitirdikdən az müddət sonra bir stəkan qəhvə için.

    Çobanyastığı çayı

    Çobanyastığı çayının bir çox faydaları var. Mədə əzələlərinə rahatlıq verir, yuxusuzluq problemini həll edir və stressi azaldır. Yeməkdən sonra bir stəkan çobanyastığı çayı ilə qarın şişkinliyindən xilas ola bilərsiniz.

    Razyana çayı

    Razyana çayı da həzm pozğunuğunu aradan qaldıran effektli dərman bitkilərindən biridir. Ağır yeməklərin sürətlə həz olunması üçün bir stəkan isti suyun içinə bir miqdar razyana əlavə edib dəmə qoyun və isti halda için.

    Zəncəfil çayı

    Çox qədim zamanlardan bəri mədə şişkinliyinə qarşı zəncəfil çayı istifadə edilir. Lakin bu bitki çayını içəndə diqqətli olun. Çox miqdarda istifadə edildikdə həzm pozğunluğunu azaltmaya, əksinə artıra bilər.

    Qatıq

    Qatığın tərkibindəki aktiv bakteriyalar mədə hormonlarını hərəkətə gətirir və yeməyin daha tez həzm olunmasına kömək edir. Odur ki, yeməkdən sonra qatıq istifadə edin. Lakin soyuducudan çıxarıb soyuq halda yeməyin, isti olması üçün bir qədər gözləyin.

    Ədviyyatlar

    Şərq mətbəxinin və mədəniyyətinin ayrılmaz hissəsi olan ədviyyatlar həddən artıq istifadə edilmədiyi təqdirdə həzmi asanlaşdırır, mədənin turşu səviyyəsində hərəkətə gəlməsini təmin edir və qidaların daha asan həzm olunmasını təmin edir. (publika.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər