İradənin Ramazan süfrəsində rakı, yoxsa ayran? - Tənqid olunan FOTO

İradənin Ramazan süfrəsində rakı, yoxsa ayran? - Tənqid olunan FOTO
  • Mədəniyyət

  • Türkiyədə yaşayan müğənni İradə İbrahimova Ramazan bayramını ailəsi ilə qeyd edib.

    Asiya.az axşam.az-a istinadən bildirir ki, o, həyat yoldaşı və qızının da yer aldığı ailəvi fotosunu paylaşıb. Lakin foto sənətçinin izləyiciləri tərəfindən tənqid edilib.

    Belə ki, bəziləri bayram süfrəsində rakının (spirtli içki) olduğunu iddia edib. Digərləri isə içkinin rakı deyil, ayran olduğunu deyərək müğənnini müdafiə edib.

    "Rakıyla bayram?", "Sizi minlərlə adam izləyir, diqqətli olun", "Heç olmasa, paylaşmayaydınız" kimi şərhlər yazan istifadəçilər müğənninin buna aydınlıq gətirməsini istəyiblər.

    Qeyd edək ki, Ceyhun İzer adlı Türkiyə vətəndaşı ilə ailəli olan İ.İbrahimovanın bu evlilikdən İpək adlı qızı, Əli adlı oğlu var.
    PAYLAŞ:

    Oxşar xəbərlər