Prezident İlham Əliyev Türkmənistan prezidentini təbrik edib

Prezident İlham Əliyev Türkmənistan prezidentini təbrik edib
  • Siyasət

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 60 illik yubileyi münasibətilə ona təbrik mesajı göndərib.

    "Report" Türkmənistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, məktubda Azərbaycan və Türkmənistan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğu deyilir.

    "Ümumi mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsi ilə iki ölkə arasında dövlətlərarası dialoqun birgə səylərimiz nəticəsində daha da inkişaf edəcəyinə və güclənəcəyinə inanıram", - məktubda deyilir.

    İ.Əliyev Q.Berdıməhəmmədova möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Türkmənistan xalqına isə sülh və əminamanlıq diləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər