DƏHŞƏT: PKK və YPG-nin 12 yaşlı snayperçiləri - FOTO

DƏHŞƏT: PKK və YPG-nin 12 yaşlı snayperçiləri - FOTO
  • Dünya

  • ABŞ-da nəşr olunan hesabatda PKK və YPG terror təşkilatlarının azyaşlı uşaqları ordu üzvlərinə çevirdiyinə dair iddialar yer alıb.

    Asiya.az xəbər verir ki, sözügedən təşkilatlar 12 yaşlarında olan kürd və yezidi uşaqları (qız və oğlanlar) şimali İraqdakı qarşıdurmada İŞİD terrorçuları ilə qarşı-qarşıya qoyduğu bildirilib.

    ABŞ-ın Xarici İşlər Nazirliyinin 2016-cı ildə hazırladığı "İnsan alveri" haqqında hesabatda da bu iddialar yer alırdı.

    YPG terror təşkilatı tərəfindən öyrədilən azyaşlı uşaqların əllərinə silah verilərək zorla güllə qabağına göndərildikləri sosial media üzərindən edilən paylaşımlarda açıq-aşkar görülüb.

    Tvitter üzərindən paylaşılan bir fotoda isə yaşı 16-17 olduğu deyilən bir qızın əlində snayper tüfəngi ilə İŞİD-ə qarşı vuruşduğu əks olunub. Fotoda İŞİD üzvləri tərəfindən atılan güllə qızın başı üzərindən keçərək divara dəyib. Bu mənzərə qarşısında isə qız sadəcə gülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər