Cəfər Cəfərovun məhkəməsinin tarixi bəlli oldu

Cəfər Cəfərovun məhkəməsinin tarixi bəlli oldu
  • Mədəniyyət

  • Cəfər Cəfərovun Ali Məhkəmədə kassasiya şikayətinə baxılma vaxtı məlum oldu.

    “Asiya.Az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətinə baxılacaq.

    Bu barədə məlumat Asiya.az-a baş redaktorun həyat yoldaşı tərəfindən verilib: “ Cəfər hazırda səhhəti ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Msoüəssisəsində müalicə alır. Onun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə 11 iyul 2017-ci il tarixində, saat 11-də Azərbaycan Respublikası Ali Məhkəməsində, hakim Gülzar Rzayevanın sədirliyi ilə baxılacaq. Ümid edirik ki, Ali Məhkəmədə Cəfərin işinə obyektiv, qərəssiz baxılacaq. Ədalətli və qanuni qərar çıxarılacaq. “

    Qeyd edək ki, Asiya İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Cəfər Cəfərov 4 mart 2015-ci ildə BMCMİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci və 182.2.1-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qəraradan apellyasiya şikayəti verən Cəfər Cəfərov barəsində Bakı Apellyasiya Məhkəməsi 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər