Millət vəkili qardaşının həbs olunması xəbərindən danışdı

Millət vəkili qardaşının həbs olunması xəbərindən danışdı
  • Siyasət / Hadisə

  • Millət vəkili Məlahət İbrahimqızı (Həsənova) qardaşı Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumata münasibət bildirib.

    M. İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Mənim qardaşım həbs edilməyib. Hazırda iş başındadır. Azərbaycanda mətbuat azaddır, lakin jurnalistlər xəbər yazanda dəqiqləşdirsələr, yaxşı olar. Bir daha qeyd edirəm ki, yayılan məlumatın heç bir əsası yoxdur. DTX-nin adından yalan informasiya yaymaq düzgün deyil".

    Qeyd edək ki, "Musavat.com" xəbər saytı M. Həsənovun DTX əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat yayıb. M. Həsənov "Sadaxlı" Gömrük Postunun rəisidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər