Baş redaktorun məhkəməsi oldu

Baş redaktorun məhkəməsi oldu
  • Mədəniyyət

  • Bu gün Cəfər Cəfərovun Ali Məhkəmədə kassasiya şikayətinə baxılıb.

    Asiya.az xəbər verir ki, bu gün saat 11-də Azərbaycan Respublikası Ali Məhkəməsində “Asiya.Az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb. Hakim Gülzar Rzayevanın sədrliyilə keçirilən prosesdə kassasiya şikayəti təmin olunmayıb.
    Qeyd edək ki, Asiya İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Cəfər Cəfərov 4 mart 2015-ci ildə BMCMİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci və 182.2.1-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qəraradan apellyasiya şikayəti verən Cəfər Cəfərov barəsində Bakı Apellyasiya Məhkəməsi 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər