Azərbaycanlı müğənni qəzaya düşdü: vəziyyəti orta ağırdır

Azərbaycanlı müğənni qəzaya düşdü: vəziyyəti orta ağırdır
  • Mədəniyyət

  • Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.

    Qəflətən qarşılarına çıxan "VAZ 2107" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

    Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.
    Müğənninin şok yaşadığı deyilir.

    Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

    Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi./Big.az
    PAYLAŞ:

    Oxşar xəbərlər